AZ

Ermənistanda mindən çox abonent çirkab sularını Zəngiçaya axıdır

ain.az bildirir, Azertag portalına istinadən.

Tbilisi, 29 sentyabr, AZƏRTAC

Hazırda Ermənistanda 1000-dən çox müştəri çirkab sularını birbaşa Razdan çayına (Zəngiçay) axıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə İrəvan Bələdiyyəsinin Ətraf Mühitin Mühafizəsi Departamentinin rəhbəri vəzifəsini icra edən Sirarpi Haykazyan sentyabrın 29-da keçirilən müşavirə zamanı bildirib. Onun sözlərinə görə, Razdan çayı boyunca qeyri-qanuni tullantı sularının axıdılmasının qarşısını almaq üçün kanalizasiya kollektorunun tikintisi üzrə layihə hazırlanıb. Layihənin ilkin dəyəri 2 milyard dram nəzərdə tutulub.

Qeyd edək ki, mənbəyini Göyçə gölündən götürən Zəngiçay (Razdan çayı) Araz çayına tökülür.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
2
azertag.az

3Mənbələr