1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Azərbaycanda şagirdlərin təxminən üçdə biri funksional savadlılıq səviyyəsinə çatmır".
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda "PAŞA Holding"in təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində çıxışı zamanı deyib.
Nazir vurğulayıb ki, beynəlxalq qiymətləndirmələrin nəticələri ölkədə təhsilin əsas istiqamətlərinin gücləndirilməsinin vacibliyini göstərir:
"Statistik göstəricilər aydın göstərir ki, təxminən hər üç şagirddən biri minimal savadlılıq tələblərini ödəmir. Bu isə gələcəkdə innovasiya və sahibkarlıqdan danışmazdan əvvəl funksional savadlılığın təmin olunmasının əsas prioritet olduğunu göstərir".