Çərşənbə axşamı, sentyabrın 30-da Moskvada regional təhlükəsizlik üzrə Rusiya-Hindistan məsləhətləşmələrinin yeni raundu keçiriləcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə RİA Novosti Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Putinin Hindistana səfərindən və yüksək səviyyəli tammiqyaslı danışıqlardan sonra regional məsələlər üzrə ikitərəfli məsləhətləşmələrin növbəti raundu 2025-ci il sentyabrın 30-da Moskvada keçiriləcək”, - Təhlükəsizlik Şurasının bəyanatında deyilir.
Mətbuat xidməti qeyd edib ki, məsləhətləşmələrdə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktova və Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşavirinin müavini Pavan Kapur iştirak edəcək. İştirakçılar Cənubi Asiya və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək, həmçinin Ukraynadakı münaqişə ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Məryəm Quliyeva