AZ

Emin Əmrullayev: Uşaqlara səhv etmək və fikirlərini sərbəst ifadə etmək imkanı verməliyik

Uşaqlara səhv etmək və fikirlərini sərbəst ifadə etmək imkanı verməliyik.

“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Emrullayev Bakıda "PAŞA Holding"in təşkilatçılığı ilə keçirilən "INMerge" İnnovasiya Sammitində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda innovasiya və sahibkarlıq mədəniyyətinin formalaşması erkən yaşlardan başlamalıdır:

"Sahibkarlıq yalnız ali təhsillə məhdudlaşmır, bunun təməli uşaq bağçasından və ibtidai sinifdən qoyulmalıdır. Risk götürmək, innovativ düşünmək – bunlar bilik və bacarıq deyil, münasibət məsələsidir. Bu münasibət valideynlərdən, məktəbdən, dostlardan, ümumi mühitdən formalaşır. Mənim şəxsi təcrübəm də bunu göstərir. Xaricdə magistr təhsili alanda ilk günlərdə fərqli düşüncə tərzinə uyğunlaşmaq çətin idi. Bu, bilik deyil, münasibət problemidir. Əgər insan belə mühitdə böyüməyibsə, birdən-birə ondan innovasiya gözləmək olmaz", - nazir əlavə edib.

E.Əmrullayev qeyd edib ki, məktəb səviyyəsində uşaqlara funksional savadlılıq – riyazi və verbal bacarıqlar, eyni zamanda fikir bildirmək, səhv etmək və səhvlərdən öyrənmək imkanı verilməlidir:

"Bizdə mədəniyyət olaraq səhv üçün çox az yer var. Halbuki sahibkarlıqda səhv etmək təbiidir və bu, qorxulu olmamalıdır. Əgər məktəbdə müəllimlər şagirdlərə belə bir mühit yaratsalar, bir neçə ildən sonra risk götürən gənclər universitetlərdə özlərini göstərəcəklər".

Seçilən
13
10
ikisahil.az

10Mənbələr