AZ

Emin Cəfərov: “Atıcıların bugünkü nəticələri çox yaxşı oldu”

“III MDB Oyunlarında Azərbaycan atıcılarının bugünkü nəticələri çox yaxşı olub”.

İdman.biz-in Report-a istinadən məlumatına görə, bunu Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov deyib.

O, daha yaxşı nəticələrə ümid etdiyini söyləyib:

“Bugünkü nəticələr çox yaxşıdır. İlin əvvəlindən yarışlara hazırlaşmışdıq. Burada əsasən gənc idmançılarımız, yığma üzvləri çıxış edirlər. Artıq 3 medal qazanmışıq. Hər kəsi təbrik edirəm. İnanıram ki, növbəti günlərdə də medal qazanacaqlar”.

Qeyd edək ki, bu gün Nərmin Cəfərova və Mürtəza Novruzlu stend atıcılığı üzrə yarışda gümüş medal qazanıblar. Atıcılıq yarışlarına oktyabrın 1-də yekun vurulacaq.

İdman.biz

Seçilən
5
2
idman.biz

3Mənbələr