Azərbaycan sanboçusu Sadiq Nadirov (79 kq) III MDB Oyunlarında medal qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, idmançı üçüncü yer uğrunda görüşdə qazaxıstanlı Nurdaulet Koşerbayla üz-üzə gəlib.
Rəqibini məğlub edən Nadirov bürünc mükafata sahib çıxıb.
***18:25
Azərbaycan samboçusu Nihad Rəhimov (64 kq) III MDB Oyunlarında qızıl medal qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, idmançı finalda Rusiya təmsilçisi Artem Karisovla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Rəhimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
***17:26
Azərbaycanın daha bir təmsilçisi III MDB Oyunlarında medal qazanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, samboçu Abdullətif Musayev (53 kq) qızıl mükafata sahib çıxıb.
O, finalda özbəkistanlı Gamzat Maksetbayevi məğlub edib.
Bu, Azərbaycanın turnirdə ilk qızıl medalıdır.