Hurriyyet.az xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu Nyu-Yorkdan Vaşinqtona yola düşüb. Netanyahu orada ABŞ prezidenti Donald Trampla danışıqlar aparacaq. Bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada deyilir: "Baş nazir Benyamin Netanyahu və onu müşayiət edən şəxslər Vaşinqtona yola düşüblər. Baş nazir Ağ Evdə prezident Trampla görüşəcək".
Görüşdən sonra Tramp ilə Netanhunun mətbuata açıqlamalar verəcəkləri gözlənilir.
Hürr Tərcüman