AZ

Sahibə Qafarova Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 29-da ölkəmizdəsəfərdə olan Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumununsədri Fahrettin Altunun başçılıq etdiyi nümayəndə heyəti iləgörüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Milli Məclisin sədri qonağı bu vəzifəyə təyinolunması münasibətilə təbrik edərək, ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycan və Türkiyə arasında münasibətlərin əsasındaxalqlarımızın ortaq tarixi, dili, dini, milli-mənəvi dəyərlərinindayandığı, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”şüarını rəhbər tutan ölkələrimizin daim bir-birinin yanında olduğubildirilib. Qeyd olunub ki, bu gün dövlət başçılarımızın qarşılıqlıhörmət və etimada əsaslanan qardaşlıq münasibətlərinin nəticəsidirki, dövlətlərarası münasibətlər müttəfiqlik səviyyəsinə çatıb.

Söhbət zamanı spiker Sahibə Qafarova Azərbaycan RespublikasınınMilli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında da genişəlaqələrin mövcud olduğunu, parlamentlərimizin həm ikitərəfliəsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsindəuğurla əməkdaşlıq etdiyini qeyd edib.

Görüşdə Ombudsmanla Milli Məclis arasında sıx əməkdaşlığınmövcud olduğu diqqətə çatdırılıb. Həmçinin AzərbaycanRespublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə Türkiyə İnsanHüquqları və Bərabərlik Qurumu arasında sıx əməkdaşlığın olması datəqdirəlayiq hal kimi qiymətləndirilib.

Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədriFahrettin Altun Azərbaycanın qazandığı uğurlardan, öz ərazibütövlüyünü və suverenliyini bərpa etməsindən məmnunluqla danışıb.O, bildirib ki, müasir dövrdə dünyada hökm sürən ikili standartlarbeynəlxalq səviyyədə əməkdaşlığımızı daha da gücləndirməyə və bunaqarşı birgə fəaliyyətimizi artırmağa sövq edir.

Görüşdə insan hüquqları sahəsində beynəlxalq əməkdaşlığınvacibliyi qeyd edilib, bu sahədə qanunverici orqanların mühüm roluvurğulanıb.

Sahibə
Sahibə
Sahibə
Sahibə
Sahibə
Sahibə
Sahibə
Seçilən
21
10
az.trend.az

10Mənbələr