AZ

Seulda saunada partlayış 28 yaralı

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Cənubi Koreyanın paytaxtı Seulda ictimai hamamların birində güclü partlayış baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə şənbə günü yaşanıb.

Qaz sızması nəticəsində yaranan partlayış o qədər güclü olub ki, tikilinin bir hissəsi dağılıb. 28 nəfər müxtəlif dərəcəli yanıq və xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Onlardan 3-nün vəziyyəti ağırdır. Hər halda, həkimlər yaralıların heç biri üçün həyati təhlükə olmadığını bildiriblər.

Yanğınsöndürənlərin fikrincə isə belə bir partlayış nəticəsində insan itkisinin olmaması əsl möcüzədir.

Qeyd edək ki, partlayışdan sonra hamamın yerləşdiyi binadan 72 nəfər təxliyə edilib.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
71
525.az

1Mənbələr