AZ

Bakıda İqlim Fəaliyyəti Həftəsi keçirilib (FOTO) (YENİLƏNİB)

Bakı. Trend:

Bakıda İqlim Fəaliyyəti Həftəsi (Baku Climate Action Week)keçirilib.

Trend xəbərverir ki, COP29-un Prezidenti, Azərbaycan RespublikasıPrezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi MuxtarBabayev, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev,Britaniya imperiyası ordeni (OBE) kavaleri, Böyük BritaniyanınAzərbaycandakı səfiri Ferqus Auld və digər rəsmi şəxslər çıxışediblər.

Tədbirdə aşağıdakı mövzular müzakirə olunub:

COP29-un nəticələri və COP30-a gedən yol - Azərbaycanın iqlimsahəsində liderliyi;

COP29-dan BCAW2025-ə, yaşıl keçidin təmin edilməsi - Milli İqlimPlanları (NDC və NAP), investisiya platformaları və keçid planları,yaşıl bacarıqlar ekosisteminin dəstəklənməsi — kiçik və ortabiznesə (KOB) diqqət.

Qeyd edək ki, 2024-cü ildə COP29-un sədrliyi Londondakıtərəfdaşlıqla birgə ilk “Bakı İqlim Fəaliyyəti Həftəsi”ni uğurlakeçirmişdi.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqlimməsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayevbildirib ki, hazırda biz birlikdə Bakı–Belen Yol Xəritəsinihazırlayırıq ki, bütün mənbələrdən illik 1,3 trilyon dollarsəviyyəsinə qədər maliyyənin artırılmasını təmin edək.

O xatırladıb ki, bir il əvvəl Azərbaycan COP29-a ev sahibliyietməyə hazırlaşırdı:

"O vaxt dünya diqqətini bizə yönəltmişdi. Çoxları kiçik birölkənin bu qədər böyük məsuliyyəti uğurla daşıya biləcəyinə şübhəedirdi. Həmçinin, beynəlxalq ictimaiyyətin dərin bölünmələr fonundahələ də birgə qərar qəbul edə bilib-bilməyəcəyi də sual altınaalınırdı. 2024-cü il seçkilər, müharibələr və iqtisadi böhranlarlabeynəlxalq əməkdaşlıq üçün ən çətin illərdən biri oldu.

Lakin Prezident İlham Əliyevin aydın rəhbərliyi altında biz buvəzifəni həm mənəvi borc, həm də strateji fürsət kimi qəbul etdik.Qarşımıza məqsəd qoyduq və uğurla nəticələndirdik. COP29-a evsahibliyi etmək bizim üçün kiçik, lakin iddialı bir ölkə kimi çoxmühüm idi. Bu, hər bir dövlətin liderlik edə və nəticə göstərəbiləcəyini sübut etmək imkanı idi. Azərbaycan bu prosesdən böyükqazanc əldə etdi. 70 mindən çox iştirakçı və 80 dünya lideriniqəbul edərək tarixdə ikinci ən böyük COP-u keçirdik və regionumuzudünyaya tanıtdıq. İnsan kapitalımıza sərmayə qoyaraq yeni nəsildanışıqlar aparıcıları, siyasət ekspertləri və təşkilatçılaryetişdirdik. Beynəlxalq dostluqlar və tərəfdaşlıqlar qurduq, qlobaltədbirlərin və mürəkkəb diplomatik danışıqların uğurla idarəçisikimi reputasiya qazandıq. Konfransın sonunda dünyaya sübut etdikki, ən böyük çağırışların öhdəsindən gələ bilirik".

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli isəqeyd edib ki, 2021–2024-cü illərdə Azərbaycanın qeyri-neft sektoruorta hesabla illik 6,7% artıb və hazırda milli iqtisadiyyatın68%-ni təşkil edir.

O vurğulayıb ki, son illərdə qeyri-neft ixracı, demək olar ki,iki dəfə artıb və bu, Azərbaycanın artan rəqabət qabiliyyətinitəsdiqləyir:

"Hazırda ÜDM-in 80%-dən çoxu özəl sektorun payına düşür. Eynizamanda, fiskal göstəricilər də möhkəmlənib. 2025-ci ildə dövlətbüdcəsinin gəlirləri 2017-ci illə müqayisədə iki dəfədən çox artıb.Strateji valyuta ehtiyatlarımız təxminən iki dəfə böyüyüb, dövlətborcu isə ÜDM-in cəmi 6,5%-nə enib ki, bu da dünyada ən aşağıgöstəricilərdən biridir.

Əlavə olaraq Azərbaycanın energetika nazirinin müavini ElnurSoltanov çıxışında vurğulayıb ki, hökumət, bazar və cəmiyyət "yaşılkeçid"i irəlilədə bilər.

O qeyd edib ki, insan iqlim məsələləri ilə uzun müddət məşğulolduqda, bu sahədə müəyyən təcrübə qazanır:

"Sürətlə irəliləmək üçün bir neçə məqamı qeyd etmək istəyirəm.Birincisi, geosiyasət önəmlidir, çünki bu proses interhökumətlidir.Lakin geosiyasətlə bağlı çox mürəkkəb mexanizmlər var. Ümumiyyətlə,burada cəmiyyətin, xüsusən də gənclərin, övladlarımızın göstərdiyitəzyiq mühüm rol oynayır və bu, bütün dünyaya aiddir.

Dövlətlərin öz milli maraqlarını güddüyü bir dünyada, məsələəsasən onların rəqabət üstünlüyünü necə irəlilətməsindən asılıdır.Hamımız qlobala necə qayğı göstərdiyimizi danışa bilərik, ammadövlətlərin təbiətinə görə, bu məsələnin müəyyən dərəcədə millimaraqlarla üst-üstə düşməsi vacibdir. Biz şanslıyıq ki, bir çoxhallarda yaşıl keçid prosesini irəlilətmək bir çox ölkənin millimaraqlarına xidmət edir, xüsusən texnoloji innovasiya vəiqtisadiyyata töhfəsi baxımından".

"EY" şirkətinin Mərkəzi Asiyada İqlim Dəyişikliyi və Dayanıqlıİnkişaf Xidmətləri rəhbəri Viktor Kovalenko isə qeyd edib ki,dekarbonizasiya yalnız hökumətlərin işi deyil, o, hər birmüəssisənin gündəlik fəaliyyətindən irəli gəlir. Bizneslərinehtiyacı olan, yalnız aydın çərçivə və istiqamətdir.

O qeyd edib ki, şirkətlər iqlim dəyişikliyinin əməliyyatlarınakonkret risklər törətdiyini görəndə, bu məsələ risk idarəçiliyininbir hissəsinə çevrilir:

"Risk idarəçiliyi isə hər bir biznesin başa düşdüyü biranlayışdır. İqlim dəyişikliyi real maliyyə təsirinə, xərclərə,risklərə və imkanlara çevrildikdə şirkətlər hərəkətə keçir. Çünki ovaxt məsələ yalnız ətraf mühitlə bağlı deyil, bu, pul, rəqabətqabiliyyəti və uzunmüddətli dayanıqlılıq məsələsidir".

Eyni zamanda Azərbaycan Respublikasının Baş Prokuroru KamranƏliyev də bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədəhüquq-mühafizə orqanları həlledici rol oynamalıdırlar.

Kamran Əliyevin sözlərinə görə, ətraf mühitin mühafizəsi vəekoloji cinayətlərə qarşı mübarizə məsələləri transmilli xarakterdaşıyır və birgə səylər tələb edir.

“Azərbaycan davamlı olaraq hüquq-mühafizə orqanlarının iqlimgündəliyinə cəlb olunması mövzusunu beynəlxalq səviyyəyə çıxarır.Xüsusilə, COP29 çərçivəsində Bakı şəhərində Birləşmiş MillətlərTəşkilatının Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və BƏƏDaxili İşlər Nazirliyi ilə əməkdaşlıqda yüksək səviyyəli sessiyatəşkil olunub və sessiyanın yekununda Bakı Fəaliyyətə ÇağırışBəyannaməsi qəbul olunub”,- deyə Baş prokuror bildirib.

BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasınınicraçı katibi Saymon Still isə videomüraciətlə qeyd edib ki,Bakıda, COP29-da verilən vədlər insanların və icmaların görəbiləcəyi real addımlara çevrilməlidir.

Onun sözlərinə görə, bu gün milli iqlim planlarını yerindəinvestisiya edilə bilən həllərə çevirmək və həm dövlət, həm də özəlinvestisiyaları cəlb edəcək layihələr formalaşdırmaq vacibdir. Eynizamanda, proqnozlaşdırıla bilən siyasi çərçivələrin vərazılaşdırılmış biznes strategiyalarının yaradılması zəruridir.

“Milli iqlim planları razılaşdırılmış biznes strategiyaları iləüst-üstə düşdükdə iqlim tədbirlərini genişləndirmək asanlaşır.Burada özəl sektor əsas rol oynayır. Burada biznes yalnız hədəflərqoymaqla deyil, artıq real investisiyalar edərək iddialarınıgöstərir,”- deyə S. Still vurğulayıb.

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Şahin Mahmudzadəisə öz növbəsində qeyd edib ki, Azərbaycanda banklar indiyədək"yaşıl layihələr" üçün 300 milyon manat kredit ayırıblar.

O əvvəlcə xatırladıb ki, bank sektoru 2030-cu ilə qədər 2milyard manatlıq könüllü öhdəlik götürüb və bu, COP29 tədbirindəelan edilib: "Bu öhdəlik Azərbaycan üzrə yaşıl keçid layihələrinidəstəkləyir və bankların bərpa olunan enerji, dayanıqlıinfrastruktur və digər layihələrə vəsait ayırmaq niyyətini nümayişetdirir. Ən son məlumatlara görə, elanından sonra yerli banklartəxminən 13,000 kredit, yəni təxminən 300 milyon manatayırıblar".

"Nəticə olaraq, yaşıl keçid mürəkkəb və uzunmüddətli biryolculuqdur, lakin bu gün yaratdığımız dinamika uzunmüddətli təsirgöstərəcək. İnanıram ki, bu tədbir və həyata keçirilən təşəbbüsləriqlim maliyyəsinin sürətləndirilməsi və daha yaşıl, firavanAzərbaycan yaratmaq üçün katalizator olacaq", - baş direktorvurğulayıb.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Seçilən
36
az.trend.az

1Mənbələr