AZ

Britaniya İranın nüvə proqramına görə yeni sanksiyalar tətbiq edib

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Britaniya hökuməti bazar ertəsi günü İranla əlaqəli 71 fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, siyahıya İranın nüvə proqramı üzrə yüksək vəzifəli məmurlar, həmçinin böyük maliyyə və enerji qurumları daxil edilib.

Sanksiyalar aktivlərin dondurulması, maliyyə məhdudiyyətləri və səyahət qadağalarını əhatə edir. Bu addım Britaniya, Fransa və Almaniyanın 2015-ci il nüvə sazişinin pozulmasında ittiham etdikləri İrana qarşı BMT Təhlükəsizlik Şurasında sanksiyaların bərpası təşəbbüsü ilə üst-üstə düşür.

Birləşmiş Millətlər Təşkilatı bazar günü avropalı güclərin təşəbbüsü ilə nüvə silahı və digər sanksiyaları bərpa edəcəyini açıqlayıb. İran isə nüvə silahı əldə etməyə çalışdığını inkar edir.

Firuzə

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
icma.az

1Mənbələr