AZ

"Qızıl top"un qalibi bu ölkədə müalicə olunacaq

PSJ hücumçusu Usman Dembelenin bu həftə bərpa prosedurlarından keçmək üçün Qətərin Doha şəhərinə yollanacağı açıqlanıb.

Publika.az xəbər verir ki, o, "Aspetar" xəstəxanasında müalicə olunacaq.

Fransa klubu bu tibbi mərkəzdən tez-tez futbolçuların zədədən sonra bərpa prosesi üçün istifadə edir.

28 yaşlı fransalı oyunçu sentyabrın 5-də Ukraynaya qarşı keçirilən 2026 dünya çempionatının seçmə mərhələ oyununda (2:0) zədələnib. Ona sağ ayağının arxa hissəsinin əzələ yırtığı diaqnozu qoyulub.

Seçilən
14
publika.az

1Mənbələr