AZ

Özbəkistanlı nazir: “III MDB Oyunlarının bölgələrdə keçirilməsi heyranedicidir”

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

III MDB Oyunlarının bölgələrdə keçirilməsi heyranedicidir.

İdman.biz “Report”a istinadla xəbər verir ki, Özbəkistanın gənclər siyasəti və idman naziri Adham İkramov jurnalistlərə açıqlamasında deyib.

O, Gəncədə qatıldığı “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığı haqqında Saziş” iştirakçılarının Bədən Tərbiyəsi və İdman Şurasının iclasından söz açıb:

“İlk öncə Özbəkistanın idman ictimaiyyəti adından Azərbaycanı təbrik etmək istəyirəm. Dünən Gəncədə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən açılış mərasiminin möhtəşəm olduğunu qeyd etmək istərdim. Qeyd etməliyəm ki, III MDB Oyunlarına hazırlıq asan keçməyib. Lakin biz yarışlara ev sahibliyi edən yeddi şəhərdə idman infrastrukturunun yüksək səviyyədə olduğunu gördük. Bu məkanların hazırlığına şəxsən ölkə başçınız İlham Əliyev nəzarət edirdi. O, həmçinin sözügedən idman qurğularının açılış mərasimlərində də yer alıb. Bu, həqiqətən heyranedicidir, çünki MDB Oyunlarının keçirildiyi məkanlar paytaxt Bakıda deyil, məhz bölgələrdədir”.

Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq. Yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
icma.az

2Mənbələr