AZ

Terrorun balaca qəhrəmanı Bəxtiyar: Prezidentlə görüşəcəyimi biləndə yata bilmədim

Lent az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi sentyabrın 28-də Prezident İlham Əliyev Gəncəyə raket hücumları nəticəsində valideynlərini, ailə üzvlərini və yaxın qohumlarını itirmiş, həmçinin yaralanan uşaqlarla görüşüb.

Prezidentin görüşdüyü uşaqlardan biri də Gəncə terrorundan sonra dağıntılar arasından, qanlar içində çıxarılarkən gülümsəməsi ilə yaddaşlarda qalan Bəxtiyar Heydərli olub. 

Bəxtiyarın təəssüratlarını öyrənmək üçün Lent.az-ın əməkdaşı onunla əlaqə saxlayıb.

O bildirib ki, Prezidentlə görüşəcəyini bildiyi gecə həyəcandan gözünə yuxu getməyib:

“Bir gün əvvəl öyrəndim ki, sabah Prezidentlə görüşəcəyik. Həmin gecə çox yata bilmədim. Görüşdən sonra hamı - dostlarım, sinif yoldaşlarım mənə Prezident baba barədə suallar verirlər. Deyirlər ki, o necə insandır? Mən də deyirəm ki, “yaxşı babadır, ucaboydur, mərddir, uşaqları çox istəyir”.

Yaşım az olsa da, onunla görüşmək mənim xəyalım idi. Görüşdən sonra onu lap çox istədim”.

İlham babanın saçımı sığallamağı ən sevdiyim an oldu:

“Görüşəndə İlham baba saçımı sığalladı. Bunu heç vaxt unutmayacam.

Orada mənim kimi başqa uşaqlar da var idi. Nilay da bizim qonşumuzdur. Görüşürük, birlikdə oyun oynayırıq.

İlham babayla görüşdən sonra jurnalistlər zəng edirlər, danışırıq, bu hisslər mənim üçün xoşdur". 

Dağıntılar altından qarpız formalı oyuncağı və kəsilmiş jaketi ilə çıxan balaca qəhrəman onu da deyib ki, oyuncağımı saxlayıram, jaketimi isə muzeyə vermişəm. Özüm də gələcəkdə Milli Qəhrəman Polad Həşimova bənzəmək, onun kimi olmaq istəyirəm.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
lent.az

1Mənbələr