AZ

ADPU rəhbərliyi doktorantlarla görüşüb

Sentybarın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2025-2026-cı tədris ili üzrə doktorantura səviyyəsinə qəbul prosesində uğurlu nəticə göstərərək ADPU-ya qəbul olunmuş şəxslər və əvvəlki illərin doktorantları ilə görüş keçirilib. Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor prof.Asəf Zamanov, Magistratura və doktorantura şöbəsinin müdiri s.e.ü.f.d. Rəşad Sadıqov və doktorantlar iştirak ediblər.Görüşün əsas məqsədi doktorantların elmi fəaliyyətə adaptasiyası, universitetdə mövcud imkanlar, elmi rəhbərlik və beynəlxalq əməkdaşlıq istiqamətlərində onları daha ətraflı məlumatlandırmaq olub.TƏHSİL.BİZ xəbər verir ki, görüşü giriş sözü ilə açan ADPU-nun rektoru professor Cəfər Cəfərov yeni qəbul olunmuş doktorantlara təbriklərini çatdırıb və onlara tədris və elmi araşdırmalarında uğurlar arzulayıb. Rektor qeyd edib ki, cari ilin may ayından etibarən start götürmüş doktoranturaya sənəd qəbulu prosesinin yekununda 36 nəfər xarici dil imtahanlarına buraxılıb. Xarici dil imtahanlarında iştirak edənlərdən 16 nəfəri uğurlu nəticə göstərərək fəlsəfə fənni üzrə imtahanlarda iştirak hüququ qazanıb. Onlardan 13-ü bu imtahanları uğurla keçərək ixtisas fənlərindən imtahana buraxılıb, yekunda 10 nəfər ADPU-nun doktorantura səviyyəsinə qəbul olunub. Prof.Cəfər Cəfərov universitetin son illər elmi-tədqiqat sahəsində əldə etdiyi nailiyyətlərdən danışaraq qeyd edib ki, doktorantura mərhələsi gənc alimlərin professional inkişafında əsas pillələrdən biridir. Rektor əlavə edib ki, elmi araşdırmaların keyfiyyətli və beynəlxalq standartlara uyğun şəkildə aparılması üçün universitetdə geniş imkanlar yaradılıb: müasir laboratoriyalar, zəngin elmi kitabxana, elektron resurslar və beynəlxalq layihələrdə iştirak imkanı, tədris proqramlarının müasirləşdirilməsi, yeni ixtisasların formalaşdırılması bu addımlar sırasındadır. Rektor vurğulayıb ki, gənc alimlər yalnız universitet daxilində deyil, ölkə və beynəlxalq elmi mühitdə də özlərini tanıtmağa çalışmalıdırlar. Bu məqsədlə nüfuzlu jurnallarda məqalə dərc etdirmək, beynəlxalq konfranslarda çıxış etmək və xarici elmi mərkəzlərlə əməkdaşlıq yaratmaq böyük əhəmiyyət daşıyır.Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov doktoranturaya qəbulun gərgin mübarizə şəraitində keçdiyini və nəticədə 9 Azərbaycan vətəndaşı və 1 nəfər Çin Xalq Respublikasının vətəndaşının ADPU-ya qəbul olunduğunu qeyd edib. A. Zamanov universitetdə elmi araşdırmaların müasir tələblərə uyğun qurulması istiqamətində görülən işlərdən bəhs edib. O, doktorantların beynəlxalq konfrans və simpoziumlarda fəal iştirakının vacibliyini, elmi məqalələrin nüfuzlu jurnallarda dərc olunmasının gənc tədqiqatçılar üçün prioritet məsələ olduğunu xüsusi vurğulayıb. Prorektor həmçinin doktorantlara universitetin beynəlxalq əlaqələri, xarici elmi mərkəzlərlə birgə layihələrdə iştirak imkanları barədə məlumat verib.Magistratura və doktorantura şöbəsinin müdiri, s.e.ü.f.d. Rəşad Sadıqov qəbul mərhələsinin təşkilati tərəfləri, doktorantların elmi rəhbərlərlə iş prinsipləri, dissertasiya mövzularının seçilməsi və təsdiqi prosesi haqqında geniş təqdimatla çıxış edib. O, doktorantları qarşıda duran vəzifələrlə tanış edərək elmi fəaliyyətin planlı şəkildə qurulmasının əhəmiyyətini diqqətə çatdırıb.Daha sonra doktorantlar təəssüratlarını bölüşüblər və onları maraqlnadıran sualları ünvanlayıblar.

Sonda doktorantlara müvafiq vəsiqələr təqdim edilib və xatirə şəkli çəkilib.

Seçilən
8
2
tehsil.biz

3Mənbələr