Bakı, 29 sentyabr, AZƏRTAC
KOB-lar çox böyük rol oynayır. Sıfır emissiya KOB-lar olmadan mümkün deyil. Lakin onlar iqlim dəyişikliyinin təsirinə məruz qalan tərəflərdəndir.
AZƏRTAC xəbər verir ki, bunu Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW2025) çərçivəsində keçirilən "Yaşıl bacarıqlar ekosisteminin dəstəklənməsi - KOB-lar diqqət mərkəzində" mövzusunda sessiyada yüksək səviyyəli iqlim çempionları komandası ilə iş əlaqəsinin rəhbəri Elif Karakulak deyib.
"66 faiz KOB-lar iqlim dəyişikliyinin təsirlərini görür. Resurs çatışmazlığı var. KOB-lar keçiddən geri qala bilərlər. Çalışırıq ki, KOB-lar yaşıl keçiddə iştirak etsinlər", - deyə E.Karakulak bildirib.