AZ

Amerikada bu sözlərin işlədilməsi qadağan edildi

Hurriyyet portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ABŞ Energetika Nazirliyi iqlim dəyişikliyi ilə bağlı kəlmələri qadağan edib.

Siyahıya “yaşıl”, “davamlı/davamlılıq”, “enerji keçidi” və “iqlim dəyişikliyi” söz və ifadələri daxildir.

ABŞ Enerji Departamentinin Enerji Effektivliyi və Bərpa Olunan Enerji İdarəsi ABŞ administrasiyasının siyasətlərinə uyğun olaraq, agentlik işçilərinin istifadə etməkdən çəkinməli olduğu söz və ifadələr siyahısına “yaşıl”, “dekarbonizasiya” və “iqlim dəyişikliyi” sözlərini əlavə edib. Bu barədə “Politiko” nəşri agentliyin əməkdaşlarına göndərilən daxili məktuba istinadla məlumat yayıb.

Enerji Departamentinin sözçüsü Reyçel Overbi məktubda yazıb: "Bütün işçilərdən qadağan olunmuş sözlər siyahısının son versiyasından xəbərdar olmalarını və ABŞ administrasiyasının mövqeyi və prioritetləri ilə ziddiyyət təşkil edən hər hansı terminologiyadan dürüst şəkildə çəkinməyə davam etmələrini xahiş edirəm".

Siyahıya “yaşıl”, “davamlı/davamlılıq”, “enerji keçidi” və “iqlim dəyişikliyi” söz və ifadələri daxil edilib. Agentlik həmçinin mənfi assosiasiyalara səbəb olduğu üçün “emissiya” sözünü və “karbon izi” ifadəsini də siyahıya əlavə edib. Nəşrin yazdığına görə, məmurlar həm ictimai çıxışlar zamanı, həm də daxili kommunikasiyalar zamanı, həm də federal qurumlara hesabatlar təqdim edərkən tövsiyələrə əməl etməlidirlər. Energetika Nazirliyi qəzetin həmin məlumatı şərh etmək sorğusuna cavab verməyib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasının 80-ci Sessiyasının Ümumi Müzakirələrində çıxışı zamanı iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıqlara inanmadığını bildirib və bunu “ən böyük saxtakarlıq” adlandırıb.

Hürr Tərcüman

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
1
hurriyyet.az

2Mənbələr