AZ

Azərbaycan fintech ekosistemində investor marağı və “sandboks” modeli diqqət mərkəzindədir

“Biz bir ekosistem olaraq bu səyahətin başlanğıcındayıq".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri "Kapital Bank" ASC-nin İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov "INMerge" İnnovasiya Sammiti çərçivəsində keçirilən panel müzakirəsində bildirib.

O qeyd edib ki, investorlarla danışmaq, onların nə istədiyini və Azərbaycana necə investisiya etdiklərini anlamağa yeni başlamışıq.

"Azərbaycan investisiya üçün həqiqətən çox əlverişli məkandır. Bu gün gördüyümüz odur ki, investorlar mütləq şəkildə böyümə imkanları axtarırlar”, - deyə Fərid Hüseynov bildirib.

O əlavə edib ki, strategiya ənənəvi bankçılıqdan bir qədər kənara çıxmaq, müştərilərin maraqlarını və real ehtiyaclarını anlamağa yönəlib: “Biz böyümənin məhz buradan gəldiyini görürük. Növbəti ekosistem oyunçusu mütləq ödənişlər və alış-veriş kimi sahələri birləşdirməlidir. Bu gün Azərbaycanda eyni şeyi edirik və ölkənin e-ticarət sektorunu əhəmiyyətli dərəcədə böyüdürük. Bu, bizim üçün əsas hədəfdir”.

Fərid Hüseynov vurğulayıb ki, bankçılıq, fintech və digər sahələr bu istiqamətə fokuslanıb.

“Müştərilər ödənişlər haqqında düşünmür. Heç kim səhər oyanıb kredit götürmək üçün banka getmək istəmir. İnsanlar sadəcə öz həyatlarını yaşamaq istəyirlər. Banklar – rəqəmsal və ya ənənəvi – fintechlər və ekosistem müştərilərin həyat yolunun bir hissəsi olmalı, onların yanında olmalıdır”, – deyə o vurğulayıb.

Fintech sektorunda tənzimləmə məsələlərinə toxunan Fərid Hüseynov qeyd edib ki, Azərbaycanda bir neçə il əvvəl ödəniş sistemləri və fintechlər üçün yeni tənzimləmə qaydaları tətbiq olunub.

“Ən vacib məsələ tənzimləyici orqanla və fintech arasında düzgün dialoqun qurulmasıdır. Hər iki tərəf müştərilər üçün yekun nəticəyə fokuslanmalıdır. Azərbaycanda bu gün yaxşı işləyən yanaşmalardan biri Mərkəzi Bankın tətbiq etdiyi "regulyator sandboks" modelidir. Bizim ekosistem şirkətimiz "Pasha Pay" də bu mühitdə maraqlı layihələr həyata keçirir. "Sandboks" yanaşması yaxşı işləyir, çünki müəyyən qaydalar və nəzarət altında məhdud çərçivədə innovasiyanı sınaqdan keçirə bilirsiniz”.

Aidə Qurbanlı

Seçilən
20
1
operativmm.az

2Mənbələr