"Naxçıvan" basketbol klununa yeni baş məşqçi təyin olunub.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni mövsümdən etibarən Şimali Makedoniyadan olan baş məşqçi Nikola Bozinoski komandanı idarə edəcək.
41 yaşlı mütəxəssisin son klubu “Şkupi” olub.
Təcrübəli məşqçi 2023-2024-cü illər mövsümündə “Sabah” klubunda da çalışıb.