Ermənistanın Baş naziri Nikol Paşinyan Strasburqda Avropa Şurasının baş katibi Alen Berset ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Alen Berset Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayıb və sülhün bərqərar olması ilə Cənubi Qafqazda yaradılmış yeni reallığın regionda inkişaf üçün geniş imkanlar açacağına ümid etdiyini bildirib.