AZ

Bakcell rəsmisi: Telekommunikasiya şirkətlərinin maliyyə texnologiyaları ilə əməkdaşlığında rolu zamanla azalır

BAKI, 29 sentyabr. TELEQRAF

Telekommunikasiya şirkətləri əvvəllər maliyyə texnologiyaları (FİNTEX) ilə əməkdaşlıq cəhdləri göstərsələr də, çox vaxt uğursuzluqla nəticələnib və buna görə hazırkı dövrdə daha ehtiyatlı davranırlar.

Teleqraf xəbər verir ki, bu barədə Bakcell-in baş icraçı direktoru Klaus Müller Bakıda keçirilən İnmerge İnnovasiya Sammitində deyib.

Amma indi böyük verilənlər (big data) və süni intellekt modelləri var – bu texnologiyalar iki sənayeni birləşdirib bir-birinə dəyər qata bilər. İndi telekommunikasiya şirkətləri daha proaktiv olub, hər müştəri bazası üzərində fərdiləşdirilmiş analitik xidmətlər təqdim edirlər.
Süni intellekt modelləşdirməsi və böyük verilənlər sahəsində, telekommunikasiya şirkətlərinin verdiyi töhfə getdikcə azalır. Əlbəttə, başqa əməkdaşlıq sahələri ola bilər, amma AI və big data məsələsində telekommunikasiya şirkətlərinin payı zamanla daha da kiçilir. Ancaq qeyd edə bilərik ki, bu iki sahə arasında əməkdaşlıq yaradıla bilər.

Seçilən
10
teleqraf.com

1Mənbələr