AZ

Putin bu ölkələrin rəhbərləri ilə görüşməkdən imtina etdi

“Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşdən imtina edib”.

Sitat.info xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens mətbuata açıqlamasında deyib.

O, Rusiyanın bölgədə heç bir əhəmiyyətli qazanc əldə edə bilmədiyini vurğulayıb: "Biz sülh üçün fəal çalışırıq, lakin rusların oyanıb faktları qəbul etməsi lazımdır".

Vens həmçinin, İsrailin Qəzzaya hücumları ilə bağlı kompleks danışıqlar prosesinin davam etdiyini və Qəzzaya humanitar yardımın çatdırılmasında əhəmiyyətli irəliləyişin əldə edildiyini bildirib.

Vens qeyd edib ki, Qəzza və İordan çayının qərb sahilinə nəzarət bölgə xalqına aiddir.

Seçilən
39
1
sitat.info

2Mənbələr