AZ

“Böyüyəndə Polad Həşimov kimi general olacam” - Prezidentlə görüş arzusu reallaşan Bəxtiyar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dünən Vətən müharibəsi zamanı Gəncəyə edilən raket hücumlarında valideynlərini, yaxınlarını itirmiş və xəsarət almış uşaqlarla görüşüblər.

Onlar arasında Gəncə terrorunun azyaşlı şahidlərindən biri - Bəxtiyar Heydərli də olub.

Bəxtiyar hücum nəticəsində dağıntılar altında qalıb və onu dayısı xilas edib.

AzEdu.az onunla əlaqə saxlayıb.

- Bəxtiyar, salam, necəsən?

- Yaxşıyam, çox sağ olun.

- Dünən Prezidentlə görüşdə iştirak edən uşaqlar arasında sən də var idin. Həmin gündən bizə bir az danışmağını istəyirik.

- Prezidentlə görüşümüz çox gözəl keçdi. Onu görmək ən böyük arzum idi və mən arzuma çatdım. Yaşımızı, neçənci sinfə getdiyimizi soruşdu, dərslərimizlə maraqlandı. O, çox hündür idi. Təkrar görüşmək istəyərəm. 

- Orada Xədicəni, Nilayı gördünmü?

- Əlbəttə. Hətta Nilay mənim uşaqlıqdan dostumdur. Biz onunla qonşu olmuşuq.

- Sinif yoldaşlarının arasında yaxın olduqların var?

- Bəli, onların arasında dostlarım da var. 

- Dünənki görüş barədə sənə nə dedilər?

- Bu gün məktəbə gedə bilmədiyim üçün onların reaksiyasını da sabah öyrənəcəm.

- İnşallah, Bəxtiyar. Biz də bu dediklərini edə biləcəyinə əminik. Bəs dərslərin necə gedir? Ən sevdiyin fənn hansıdır?

-  Dərslərimi yaxşı oxuyuram, əlaçıyam. Ən sevdiyim fənn isə Riyaziyyatdır.

- Bizimlə bir söhbətində gələcəkdə general olmaq istədiyini demişdin. Hələ də eyni fikirdəsən? 

- Fikrim heç vaxt dəyişməyib. Böyüyəndə Polad Həşimov kimi general olacam!

168958168957168960

Seçilən
33
azedu.az

1Mənbələr