Bakı. Trend:
Xəbər verildiyi kimi, Yaponiyanın Osaka şəhərində keçirilən EXPO2025 Dünya sərgisində Azərbaycan heyəti Heydər Əliyev Fondununtəşkilatçılığı ilə qurulan “Yeddi Gözəl” pavilyonu ilə təmsilolunur.
Sentyabrın 28-də “Azərenerji” ASC-nin nümayəndə heyətipavilyonda sərginin əsas istiqamətlərindən biri olan BMT-nin 17Davamlı İnkişaf Məqsədi çərçivəsində görülən işlər barədə təqdimatkeçirib.
Təqdimatda xüsusilə üç istiqamət üzrə görülən tədbirlərvurğulanıb: “Münasib və Təmiz Enerji”, “Məsuliyyətli İstehlak vəİstehsal” və “İqlim Dəyişikliyi ilə Mübarizə”. Bu mövzular üzrəYaşıl Enerji Zonalarının inkişafı, istehsal güclərində yenitexnologiyaların tətbiqi, bərpa olunan enerji mənbələrinin sisteməinteqrasiyası, eləcə də beynəlxalq enerji dəhlizlərində iştiraklabağlı həyata keçirilən layihələr barədə məlumat verilib.
Təqdimat sərgi qonaqları tərəfindən maraqla qarşılanıb vəAzərbaycanda enerji sahəsində görülən işlər müsbətqiymətləndirilib.