AZ

Azərbaycan stolüstü tennisçiləri III MDB Oyunlarını 9 medalla başa vurdular

Qəbələ Olimpiya kompleksində III MDB Oyunları çərçivəsində keçirilən stolüstü tennis yarışları bitib.

Operativ Media xəbər verir ki, Rusiya komandası bu idman növündə 10 medal (9 qızıl, 1 gümüş) qazanaraq birinci olub.

6 gümüş, 3 bürünc medal qazanan Azərbaycan idmançıları ikinci, Belarus isə 1 gümüş, 6 bürünc mükafatla üçüncü olub.

Özbəkistan 1 gümüş, 6 bürünc medalla dördüncü, Qazaxıstan isə 3 bürünc medalla beşinci yeri tutub.

Seçilən
52
49
operativmedia.az

10Mənbələr