AZ

ABŞ Ukraynaya NATO nun “Tomaqavk” raketlərinin tədarükü imkanını müzakirə edir

Oxumeni.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Ukraynaya NATO-nun “Tomaqavk” raketlərinin tədarükü imkanını müzakirə edir

ABŞ Ukraynaya NATO-nun “Tomaqavk” raketlərinin tədarükü imkanını müzakirə edir. Bununla belə, yekun qərarı prezident Donald Tramp verəcək.

“Fox News”a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib.

"Siz "Tomaqavk"la bağlı sual verdiniz. Bu, yekun qərarın prezident tərəfindən veriləcəyi məsələdir... Qoy prezident bu barədə danışsın, amma mən bilirəm ki, biz indi bu barədə danışırıq", - Vens deyib.

O əlavə edib ki, Tramp ABŞ-ın maraqlarından çıxış edəcək və bu, onun xarici və müdafiə siyasətində qərarlarının əsasında dayanan fundamental prinsipdir.

“Tomaqavk” raketləri ilə bağlı sualı cavablandırarkən eyni prinsipi tətbiq edəcəyik”, - deyə o, yekunlaşdırıb.

Xatırladaq ki, WSJ bu yaxınlarda Trampın Nyu-Yorkda Ukrayna prezidenti Vladimir Zelenskiyə Rusiyaya qarşı uzaqmənzilli zərbələrə qoyulan məhdudiyyətləri aradan qaldırmağa hazır olması barədə məlumat verdiyini bildirib.

Əziz Mustafa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
1
oxumeni.az

2Mənbələr