AZ

Moldovanın Brüsseldəki səfirliyi bomba təhlükəsindən sonra boşaldılıb

Ayna saytına istinadən ain.az xəbər verir.

Moldova səfirliyindən seçicilər və məmurlar sürətlə təxliyə edilib

Parlament seçkilərində səsvermənin keçirildiyi Brüsseldəki Moldovanın səfirliyi yalan olduğu üzə çıxan bomba təhlükəsindən sonra boşaldılıb. AYNA.AZ xəbər verir ki, bu barədə iki məmura istinadən “Politico” məlumat yayıb.

Nəşr yazırb “Bazar günü binaya bomba qoyulması ilə bağlı hədə-qorxu gələndən sonra Brüsselin mərkəzindəki Moldova səfirliyindən seçicilər və məmurlar sürətlə təxliyə edilib”.

“Politico” mənbələrinə görə, polis bomba hədəsi ilə bağlı heç bir dəlil tapmayıb. Səsvermə hakimiyyətin icazə verməsindən sonra yenidən başlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
ayna.az

1Mənbələr