AZ

Cabir İmanov idman zalında vəfat edib

Bakı.TurkicWorld

Əməkdar artist Cabir İmanov vəfat edib.

TurkicWorld xəbər verir ki,“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib.

Qeyd edək ki, C.İmanov 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Ailəli idi, 4 övladı var

Seçilən
17
1
turkic.world

2Mənbələr