
Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Moskvada ABŞ prezidenti Donald Trampla görüşməyə hazır olduğunu açıqlayıb.
Rusiyanın TASS xəbər agentliyinə danışan Peskov Putinin Trampı Alyaskada keçirilən sammitdə Moskvaya dəvət etməsini xatırladıb.
Peskov bu təklifin keçərli olduğunu bildirərək, "Putin Trampla görüşməyə hazırdır və bundan məmnun olacaq. Hər şey Trampın qərarından asılıdır" deyib.
Rusiyanın Böyük Britaniya və Fransanın nüvə arsenallarının hesaba alınması tələbinin əsaslılığı ilə bağlı sualı cavablandıran Peskov bu məsələnin aktual olduğunu bildirib.
Peskov əvvəlcə Rusiya ilə ABŞ arasında Yeni Strateji Silahların Azaldılması Müqaviləsi (Yeni START) üzrə danışıqlara başlamalı olduğunu ifadə edərək, "Ancaq gələcəkdə nüvə arsenalları məsələsi də müzakirə edilməlidir. Bu arsenallar Avropanın təhlükəsizliyi və strateji sabitliyi probleminin tərkib hissəsidir" dedi.
Putin-Tramp sammiti
Rusiya prezidenti Putin və ABŞ prezidenti Tramp avqust ayında Alyaskanın Ankoric şəhərindəki Elmendorf-Riçardson aviabazasında görüşüb.