AZ

Ukrayna Rusiyada İES-i vurdu - Region qaranlığa qərq oldu

Ukrayna ordusu Rusiyanın Belqorod şəhəri yaxınlığındakı istilik elektrik stansiyasına zərbələr endirmək üçün HİMARS raketlərindən istifadə edib.

Gundem.az xəbər verir ki, Belqorod mediası hücumun transformatoru hədəf aldığını və bunun ardınca elektrik enerjisinin geniş kəsildiyini bildirib.

Belqorod qubernatoru Vyaçeslav Qladkov kritik infrastrukturun hədəfə alındığını təsdiqləyib və regionda “ciddi elektrik kəsilməsinin” olduğunu bildirib. Dəymiş ziyanın həcmi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. 

Hücum Kiyevin son həftələrdə Rusiyanın neft və enerji obyektlərini hədəf alan hücumları artırdığı vaxta təsadüf edir.

Seçilən
12
5
gundem.az

6Mənbələr