AZ

Beş il öncə bu gün 29 sentyabrda şəhid olmuş QƏHRƏMANLARIMIZ ADLAR

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu il Vətən Müharibəsinin 5-ci ildönümüdür.Bizim.Media 29 sentyabr 2020-ci ildə şəhid olan hərbçilərimizin siyahısını təqdim edir:Babayev Elməddin Cəfərqulu oğlu

26 oktyabr 1981-ci ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. 1988-1999-cu illərdə Çaylı kənd tam orta məktəbdə orta təhsil alıb. 2000-ci ilin yanvar ayından 2001-ci ilin iyun ayına kimi Abşeron rayonunun Güzdək qəsəbəsində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2007-ci il 22 dekabr tarixdən Goranboy rayonunun Qızılhacılı kəndində yerləşən N saylı hərbi hissədə gizir kimi hərbi xidmətə başlayıb.Elməddin Babayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak edib,  Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüş əməliyyatları zamanı düşmən hücumunun qarşısını alarkən 29 sentyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub. Ailəli idi, 3 övladı var.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamına əsasən Elməddin Babayev ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və  “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.Məmmədzadə Kamran Füzuli oğlu

24 mart 1996-cı ildə  Biləsuvar rayonunun Çaylı kəndində anadan olub. Çaylı kənd tam orta məktəbində orta təhsilini alıb.Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Kamran Məmmədzadə  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak edib,  Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən 29 sentyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  Sərəncamları ilə Kamran Məmmədzadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.Barat Quliyev Nizami oğlu

1991-ci il 22 dekabr tarixində Beyləqan şəhərində anadan olub. 1999-2010-ci illərdə orta təhsilini Beyləqan şəhər 3 nömrəli tam orta məktəbdə alıb.2010-cu il 12 oktyabr həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidmətini Bakıda N saylı hərbi hissədə çəkib. 2012-ci ildə xidməti başa vuran Barat 2014-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə daxil olub. Azərbaycan Silahlı Qüvvələri sırasında manqa komandiri kimi çalışıb. 2015-ci il 30 dekabrda hərbi hissənin 2-ci taborunun 6-cı bölüyün 2-ci taqımın 1-ci manqasında sürücü vəzifəsində xidmət edib.Azərbaycan Ordusunun əsgəri olan Barat Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində gedən döyüşlərdə olub. Barat Quliyev sentyabr 29-da Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Barat Quliyev ölümündən sonra "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə”, “Vətənə xidmətə görə” medalı ilə təltif edilib.Rəşad Arif oğlu Abdullayev

1988-ci il sentyabrın 14-də Cəlilabad rayonunun Göytəpə (həmin dövrdə Prişib) kəndində anadan olub. Ailəsində özü də daxil olmaqla 4 uşaq olan Abdullayev 3 bacının yeganə qardaşı olub.Rəşad Abdullayev 1995-ci ildə Göytəpə kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2003-cü ilə qədər bu məktəbdə təhsil aldıqdan sonra 9-cu sinifdə 2003-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2006-cı ildə liseyi bitirən Abdullayev həmin ildən 2010-cu ilə qədər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. 2010-cu ildə məktəbi "motoatıcı" ixtisası üzrə bitirib.2016-cı il Aprel döyüşləri zamanı Rəşad Abdullayev "N" saylı hərbi hissənin komandir müavini kimi döyüşlərdə yaxından savaşıb. Belə ki, o, döyüş başlayandan bitənə qədər mühasirədə olsa belə, mühasirədən çıxmağı bacarıb, Ermənistan Ordusunun zabit-əsgər heyətini məhv edib.Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə baş leytenant Rəşad Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli 2176 nömrəli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Abdullayevə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.Bundan əlavə, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.Onun 2 övladı yadigar qalıb.Kamil Əliş oğlu Şirinov

1991-ci il aprelin 9-da Salyan rayonunun Çuxanlı kəndində anadan olub. 1997-2006-cı illərdə Z. Həmidov adına Çuxanlı kənd tam orta məktəbində, 2006-2009-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.Kamil Şirinov 2013-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdi. Kamil Şirinov 2016-cı ildə Aprel  döyüşlərdə savaşıb və fərqlənib.Azərbaycan Ordusunun kapitanı olan Kamil Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kamil Şirinov sentyabrın 29-da Füzuli döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kamil Şirinov "Qarabağ" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. Ailəli idi, 2 uşağı yadigar qalıb.Budaqov Rufiz Şirzad oğlu

12 iyul 1977 tarixində Naxcıvan Muxtar Respublikasının Ordubad rayon Tivi kəndində dünyaya göz açıb. Rufiz Budaqov Tivi kəndində yerləşən M.Kərimov adına tam orta məktəbdə təhsil alıb.1995-ci ildən Ordubad rayon hərbi hissəsində həqiqi hərbi xidmətə yollanıb və ömrünün digər yarısını Vətənə xidmətlə başa vurub. Ailəli idi. Günay, Könül, Rəvan adlı 3 övladı var.Azərbaycan Ordusunun giziri olan Rufiz Budaqov 2020-ci il sentyabrın 27-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində qəhrəmancasına döyüşüb. 29 sentyabr 2020-ci il tarixində Murovdağ istiqamətində gedən döyüşlərdə zamanı şəhid olub və II Fəxri Xiyabanda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rufiz Budaqov ölümündən sonra “Qarabağ ordeni”, “Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.İntiqam Yavər oğlu Abbasov

1978-ci il sentyabrın 21-də Masallı rayonunun Köcəkli kəndində anadan olub. 1985-1995-ci illərdə S.Rəhimov adına Masallı rayon Köcəkli kənd tam orta məktəbində təhsil alıb.İntiqam Abbasov 12 oktyabr 1996-cı ildə hərbi xidmətə başlayıb. 1999-cu il mayın 12-də hərbi xidmətini başa vurub. 2000-2001-ci illərdə "PDM-2" ixtisası üzrə gizirlik kursunda təhsil alıb. 2001-ci il martın 14-də "N" saylı hərbi hissənin tağım komandiri kimi "gizir" rütbəsində xidmət etməyə başlayıb. 2014-cü il martın 8-də "PDM-3" komandiri, həmin il sentyabrın 27-də "ZTR-82A" komandiri vəzifəsində xidmət etməyə başlayıb. 2016-cı Aprel döyüşlərində fəal iştirakına görə 2017-ci ildə İntiqam Abbasova "baş gizir" rütbəsi verilib.Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində tankçı olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. İntiqam Abbasov 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Doğulduğu Masallı rayonunun Köcəkli kəndində dəfn olunub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən İntiqam Yavər oğlu Abbasov ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Füzulinin azad olunmasına görə" medallari ilə təltif edilib.Ailəli idi. Xədicə və Əli adlı övladları yadigar qaldı.Əlisahib Selman oğlu Ələkbərov

1994-cü il yanvarın 15-də Salyan rayonunun Piratman-Gəncəli kəndində anadan olub.Milli ordumuzun zabiti, baş leytenant Əlisahib Ələkbərov atasının etirazlarına baxmayaraq, hərbçi olmağı seçib. Ona görə də əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi məktəbə, sonra Heydər Əliyev adına Ali Hərbi məktəbə daxil olub. Təhsilini başa vurduqdan sonra zabit kimi Vətənə xidmət göstərib.İlk döyüş yolu Tovuz istiqamətində baş verib. Vətən müharibəsinə Murov istiqamətindən qatılıb. Şiddətli döyüş zamanı ayağından yaralanan komandir qarşıdakı yüksəklikdə əsgərinin vurulduğunu görüb. Əlisahib sentyabrın 29-da şəhid olmuş əsgərini döyüş meydanından çıxararkən şəhid olub.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə Əlisahib Ələkbərov ölümündən sonra "Qarabağ" ordeni, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. İki övladı yadigar qalıb.Mirağa Musa oğlu Əliyev

29 avqust 2000-ci ildə Ağcabədi rayonunun Xocavənd kəndində anadan olub. Orta təhsilini Ağcabədi rayonu Mirzə Fətəli Axundov adına 3 nömrəli liseydə alıb. Sonra Bakı şəhərində 5 nömrəli peşə liseyində şirniyyatçı, qənnadçı ixtisası üzrə təhsil alıb.Mirağa Əliyev 2018-ci ilin 25 oktyabrında Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinə hərbi xidmətə yollanıb. Mirağa Əliyev, hərbi xidmət müddətini 2020-ci ilin 20 aprelində fərqlənmə ilə bitirib. 2020-ci ilin iyul ayında başlayan Tovuz döyüşlərindən sonra Mirağa da səfərbər olunub, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon üzrə ünvanına yaxınlaşmış, adını könüllü olaraq müharibəyə getmək üçün yazdırıb. 21 sentyabr 2020-ci ildə bir neçə günlük hərbi təlim toplantısına çağırılan Mirağa Əliyev 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində ilk gündən baş kəşfiyyatçı olaraq ön cəbhədə kəşfiyyatçı tağımında vuruşub.O, 29 sentyabr 2020-ci ildə Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən snayperlə açılan atəş nəticəsində ürəyindən vurularaq şəhid olub. 30 sentyabr 2020-ci ildə doğulduğu Ağcabədi rayonunun Xocavənd kəndində torpağa tapşırılıb. Evin tək oğlu idi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mirağa Əliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" “Vətənə xidmətə görə” medalı ilə təltif edilib.Əlirza Mehman oğlu Rzayev

29 sentyabr 2000-ci il tarixdə Salyan şəhərində anadan olub.Əlirza Rzayev 10-cu sinfə qədər şəhid Azər Səfərov adına Salyan internat məktəbində təhsil alıb. 10 və 11 sinifləri Salyan şəhər 4 saylı məktəbdə oxuyaraq 2017-ci ildə orta təhsilini başa vurub. O, 2018-ci ildə Qərb Universitetinin nəzdində olan Qərbi Kaspi Kollecinə daxil olub, vergi və vergitutma ixtisası üzrə əyani təhsil almağa başlayıb. Amma 2019-cu ildə təhsilini donduraraq hərbi xidmətə gedib. Hərbi qulluğunu düşmənlə təmas nöqtəsində, Murovda edib.Vətən müharibəsi başlayan andan Əlirza da topçu kimi döyüş mövqeyində olub, Murov dağı yüksəkliyinin Kəlbəcər istiqamətində ağır döyüşlərdə topçu kimi iştirak edib. Sərrast atəşlə düşmən mövqelərinə sarsıdıcı zərbələr vurub. Lakin 29 sentyabr tarixində, 20 yaşı tamam olan gün düşmənin atdığı mərmi nəticəsində aldığı qəlpə xəsarətlərindən dünyasını dəyişib. Əlirza Rzayev Goranboy rayon istiqamətində şəhid olub.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Əlirza Rzayev ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.Şaiq Vidadi oğlu Teymurov

6 noyabr 1996-cı ildə İmişli rayonunun Aranlı kəndində anadan olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə idi.Azərbaycan Ordusunun əsgəri olan Şaiq Teymurov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şaiq Teymurov 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Doğulduğu İmişli rayonunun Aranlı kəndində dəfn edilib. O, "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda", "Cəsur döyüşçü" medalı ilə təltif edilib.Məhəmməd Cəlal oğlu Quluzadə

7 avqust 1999-cu ildə Biləsuvar rayonunun Bəydili kəndində dünyaya gəlmişdir. 2006-2017-ci illərdə Bəydili kənd tam orta məktəbində orta təhsil almışdır.O, 2017-ci ildə Tərtər rayonu N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, 2019-cu ildə həqiqi  hərbi xidmətdən təxris olunmuşdur. 2020-ci ildə isə könüllü şəkildə yenidən ordu sıralarına qayıdaraq Tərtər rayonu N saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq xidmətə başlamışdır.Məhəmməd Quluzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda  başlayan Vətən müharibəsində iştirak edərək 29 sentyabr 2020-ci il tarixdə Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Məhəmməd Quluzadə ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə"medalları ilə təltif edilib.Quliyev Eltay Əli oğlu

3 iyun 1989-cu ildə Goranboy rayonunun Quşçular kəndində doğulub. 2006-cı ildə Gəncə şəhər 33 nömrəli tam orta məktəbi bitirib. 2007-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Milli Qvardiya – Xüsusi Dövlət Mühafizə Xidmətində xidmət edib.Bir müddət Türkiyə Respublikasında əmək fəaliyyəti ilə məşğul olan Eltay Quliyev 2016-cı ildə tarixə “4 günlük müharibə” kimi düşən Aprel döyüşləri zamanı Azərbaycana geri dönüb və könüllü olaraq orduya yazılıb.1 iyun 2020-ci il tarixində Azərbaycan Ordusunda MAXE hərbi qulluqçu kimi xidmətə başlayıb.27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin kiçik çavuşu Eltay Quliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Tərtər və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə vuruşub.29 sentyabr 2020-ci ildə Tərtər rayonunun Suqovuşan kəndi uğrunda gedən döyüşdə şəhid olub.30 sentyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.Quliyev Eltay Əli oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun   2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü ”medalları ilə təltif edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.Ailəli idi, 3 övladı yadigar qalıb.Naibə Məmmədova, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
bizim.media

2Mənbələr