AZ

Xarici vençur fondu Azərbaycan bazarına daxil olur, yeni şirkəti təsis olunacaq

 Qazaxıstanda təsis edilmiş regional vençur fondu "White Hill Capital" Azərbaycan innovasiya ekosisteminə daxil olur.

Bakıda "PAŞA Holding"in təşkilatçılığı ilə keçirilən "INMerge 2025" İnnovasiya Sammitində  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə  "White Hill Capital" arasında Azərbaycanda yeni vençur maliyyələşmə şirkətinin təsis olunmasına dair Təsis Müqaviləsi imzalanıb.

"White Hill Capital" vençur fondu regional yatırımlardakı effektivliyini sübut edib və yaxın vaxtlarda Azərbaycan ekosistemi də bu fondun resurslarından maksimum faydalanacaq".

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədri Fərid Osmanov  bildirib ki, yeni xarici vençur fondunun daxil olması yerli startapların qlobal bazara inteqrasiyasını sürətləndirəcək.

Qeyd edək ki,  "White Hill Capital" 2021-ci ildə Qazaxıstanda təsis edilmiş regional vençur fondudur və əsasən Mərkəzi Avrasiya ölkələrindən olan startaplara yatırım edir.

“White Hill Capital” vençur fondunun idarəedici ortağı Aslan Sultanov deyib: "Onlar (White Hill Capital- red) ilk öncə Mərkəzi Asiyaya, daha sonra BƏƏ, Qətər və digər ölkələrə genişlənmək istəyirlər. İkincisi isə Azərbaycan bazarına daxil olmaq, şirkət qurmaq, insanları işə götürmək və vergi ödəmək istəyən hər hansı şirkətlərin maliyyələşdirilməsidir.

Biz layihələr axtaracağıq, onları nəzərdən keçirəcəyik və ümid edirik ki, investisiya qoyacağıq. Hətta bu gün biz artıq iki şirkətə - "Clopos" və "Receptor"a investisiya qoymağı elan etdik. Hər birinə əsasən 150 min ABŞ dolları veriləcək. Biz onlara Azərbaycandan kənara genişlənməkdə, Dubayda həyata keçirdiyimiz akselerasiya proqramına daxil olmaqda kömək edəcəyik".

Seçilən
42
1
marja.az

2Mənbələr