Ağcabədi rayonunda hərbi qulluqçu avtomobilində qəzaya uğrayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində baş verib. 1984-cü il təvəllüdlü Salman Alıyev sürdüyü 05-BX-026 dövlət nömrəli nişanlı VAZ-2107 avtomobilində idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Hadisə nəticəsində sürücü ağır xəsarətlərlə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, S.Alıyev hərbi qulluqçudur.
Faktla bağlı araşdırma aparılır.