AZ

Azərbaycanda iki kateqoriya startapları maliyyələşdiriləcək

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“White Hill Capital” vençur fondu Azərbaycanda iki kateqoriya startapları maliyyələşdirəcək.

Gununsesi.info xəbər verir ki, bunu “White Hill Capital” vençur fondunun idarəedici ortağı Aslan Sultanov Bakıda keçirilən “INMerge” İnnovasiya Sammiti 2025 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, “White Hill Capital” Mərkəzi Asiyadan olan startapların Yaxın Şərq və Şimali Afrika regionuna genişləndirilməsində ixtisaslaşan 50 milyon ABŞ dollarlıq Mərkəzi Asiya fondudur: “Bu gün biz İRİA ilə birgə investisiya vasitəsi yaratma layihəsini tamamladıq. İRİA müəyyən məbləğdə pul yatıracaq. Biz hər bir dollara iki dollar əlavə edərək, bu vasitə ilə iki kateqoriya startapı maliyyələşdirəcəyik”.

O qeyd edib ki, birincisi, əsasən Azərbaycan əsaslı startaplardır: “Onlar ilk öncə Mərkəzi Asiyaya, daha sonra BƏƏ, Qətər və digər ölkələrə genişlənmək istəyirlər. İkincisi isə Azərbaycan bazarına daxil olmaq, şirkət qurmaq, insanları işə götürmək və vergi ödəmək istəyən hər hansı şirkətlərin maliyyələşdirilməsidir. Biz inanırıq ki, bu vasitə ilə genişlənmək istəyən Azərbaycan startapları üçün uğurlu yol xəritəsi yarada biləcəyik”.

A.Sultanov deyib ki, doğma bazarlardan tez çıxan şirkətlər kapitalizasiya artımı baxımından üstünlük qazanırlar: “Biz də bunu etməyi planlaşdırırıq. Beləliklə, biz layihələr axtaracağıq, onları nəzərdən keçirəcəyik və ümid edirik ki, investisiya qoyacağıq. Hətta bu gün biz artıq iki şirkətə – “Clopos” və “Receptor”a investisiya qoymağı elan etdik. Hər birinə əsasən 150 min ABŞ dolları veriləcək. Biz onlara Azərbaycandan kənara genişlənməkdə, Dubayda həyata keçirdiyimiz akselerasiya proqramına daxil olmaqda kömək edəcəyik”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
6
icma.az

7Mənbələr