Mia.az saytına istinadən ain.az xəbər verir.
Bakının Səbail rayonu ərazisində yerləşən "Jurnalistlər binası"na qədəm qoyduğu gündən müxətlif hiylərlə sakinləri "dolayan" CityNet internet provayderi növbəti "kampaniya"ya start verib.
Mia.az xəbər verir ki, bu barədə "Yenifikir.media" saytı yazıb.
Saytın məlumatına əsasən, "CityNet"in bundan əvvəl sakinlərə verdiyi vədlər puç olub, indisə digər sakinləri "ovlamaq" istəyirlər: "Şirkətin əməkdaşları binaya daxil olarkən sakinləri şirin vədlərlə aldatdılar. Onlar "Birinci ay ödəniş edin, ikinci ay pulsuz olacaq”, “balansınıza əlavə kontur yüklənəcək” və sair kimi. Amma deyildiyi kimi olmadı. Hər şey sadəcə söz olaraq qaldı. Nəticədə sakinlər aldadıldı, etimad pozuldu..."
Saytın məlumatından belə anlaşılır ki, bu azmış kimi, indi də daha açıq-saçıq fırıldaq başlayıb: "CityNet əməkdaşları binaya gələrək abunəçi olmayan sakinlərə yeni abunəçilərə aylığı 15 manata internet təklif edirlər. Halbuki, əvvəldən qoşulmuş müştərilər hər ay minumum 25 manatdan ödəniş başlayır. Bu nə deməkdir?"
Sayt əməkdaşı məsələ ilə bağlı "CityNet" rəsmisiylə danışıb, lakin “şirkətin 15 manatlıq tarifdən xəbəri yoxdur” cavabı verilib: "Amma sakinlərə bu təklifi edənlər elə "CityNet"in adından danışan ustalar və əməkdaşlardır. Hətta onlar CityNet-in vizit kartlarını sakinlərə paylayırlar(kart aşağıda təqdim olunub -Mia.az). Əgər bu, şirkətin xəbəri olmadan baş verirsə, o zaman belə saxtakarlığa niyə göz yumulur?! Yox, əgər xəbəri varsa, deməli, bu artıq müştərilərə qarşı açıq-aşkar aldatma kampaniyasıdır".
Yeri gəlmişkən, CityNet-ın adıçəkilən binadakı qanunsuzluğu haqda ilk dəfə Mia.az saytı yazıb. Və maraqlı budur ki, hələ iyun ayından bina sakinlərindən şirkətin qaynar xəttinə zng olunub, şikayət verənlər var. Lakin onlara şikayətləri ilə bağlı cavab verilməyib.
Mövzuya qayıdacağlıq.
MİA.AZ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.