Tramp Oval Ofisi "qızılla doldurdu"
Ajans.az xəbər verir ki,Tramp bu barədə Truth Social sosial media platformasındakı rəsmi hesabında paylaşım edib. Paylaşımda yer alan videoda qızılla işlənmiş divar qəlibləri, dekorativ sütunlar və digər interyer elementləri görünür. Tramp paylaşımında bildirib: “Oval kabinetin və Ağ Evin kabinet otağının interyerində istifadə edilən ən yüksək keyfiyyətli 24 karat qızıl. Keyfiyyət və gözəllik baxımından o qədər heyrətamizdir ki, digər ölkələrin liderlərini dəli edir!” O, yeni interyeri "uğur və görünüş baxımından tarixin ən yaxşı Oval Ofisi" adlandırıb. Tramp daha əvvəl də Ağ Evin təmir işlərini şəxsi vəsaiti hesabına apardığını etiraf etmişdi. Onun sözlərinə görə, prezident iqamətgahının əvvəlki interyeri onun statusuna uyğun gəlməyib, bu səbəbdən əhatəli yenidənqurma işlərinə start verilib. Keçmiş prezident, həmçinin, bəyan edib ki, interyerdə qızıl kimi görünən alternativ materiallar və ya boyalar kifayət qədər estetik və keyfiyyətli olmadığı üçün yalnız orijinal bahalı materiallara üstünlük verilib. Tramp əlavə edib ki, Mar-a-Laqo malikanəsinin əhəmiyyətli hissəsini də Oval Ofisin yeni interyeri ilə eyni üslubda təchiz etdirib.