AZ

"Sabah"-a gürcüstanlı koordinator təyin olunub

Yazını böyüt
Yazını kiçilt

“Sabah” Futbol Akademiyasında yeni təyinat gerçəkləşib.

Hafta.az klubun rəsmi saytına istinadla xəbər verir ki, gürcüstanlı mütəxəssis Giorgi Minaşvili akademiyanın koordinatoru təyin edilib.

UEFA-nın Pro lisenziyasına malik mütəxəssis karyerası ərzində Gürcüstanın “Lokomotiv” (2015-2017, 2022-2025) klubunun əsas komandasında məşqçi, akademiyasında baş məşqçi və koordinator, “Dinamo” (Tbilisi, 2012-2015) klubunun akademiyasının komandalarında baş məşqçi, Çinin “Dalian I-Star” (2017-2021) akademiyasında koordinator, İngiltərənin “London Tayqers” (2010-2012) klubunun əsas komandasında baş məşqçi, “Kristal Pelas” (2007-2010) klubunun U-15 və U-18 komandalarında məşqçi kimi çalışıb.

43 yaşlı mütəxəssislə 1+2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, futbol akademiyasının əvvəlki koordinatoru Adino Mustedanaqiç hazırda “Sabah”ın əvəzedici və U-19 komandasının baş məşqçisidir.

Seçilən
36
17
hafta.az

10Mənbələr