AZ

İlham İsmayılın sərbəst buraxılmasının səbəbi açıqlandı – 1 ay vaxt verildi

Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi üzrə ittiham irəli sürülən sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın Nəsimi Rayon Polis İdarəsindən sərbəst buraxılmasının səbəbi açıqlanıb.

Bizim.Media xəbər verir ki, İ.İsmayıldan 20 min dolları mənimsənildiyinə görə şikayətçi olan Sumqayıt şəhər sakini Emin Məmmədzadə Pravda.az-a deyib ki, adıçəkilən şəxsə 1 ay müddətinə vaxt verilib.

Onun sözlərinə görə, İlham İsmayıl barədə başqa bir nəfər də şikayət edib:

“İlham İsmayıl 170 min ABŞ dolları da həmin şəxsdən alıb. Onu 48 saat saxladılar ki,  pullarımızı geri versin. 
 

Cinayət işi açıldığı halda İlham İsmayılı azadlığa buraxıblarsa, o demək deyil ki, dələduzluq maddəsi adından götürülüb. O, bizə heç bir pul geri qaytarmayıb. 


Dedi ki, həbsdə ola-ola pulu qaytara bilmərəm, çıxım, evimi, maşınımı satım, pulları qaytarım. İlham İsmayılın şəxsən özünə ötən ilin noyabrında verdiyim 20 min dollar pulumu qaytarmır, 10 aydır, müxtəlif bəhanələrlə oğlu ilə birgə məni aldadır. Buna görə də sentyabrın 12-də Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində barəsində cinayət işi qaldırılıb.

İdarədən mənə müstəntiq dedi ki, İlham İsmayılın dilindən izahat alınıb, bir ay müddətində pulu qaytaracaq.

Özüm də izahatı oxudum. Müstəntiq bildirdi ki, bir ay müddətində pulu qaytarmasa, bir aya cinayət işi də yekunlaşır, işi məhkəməyə göndərəcəyik, o zaman artıq İlham İsmayıl həbs olunacaq. Özünə də deyildi ki, müəyyən xidmətlərinə görə 48 saatdan sonra azadlığa buraxırıq, pul ödənilməlidir”.

Bizim.Media

Seçilən
7
13
bizim.media

10Mənbələr