AZ

İran rialı BMT sanksiyalarından sonra rekord səviyyədə ucuzlaşıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 29 sentyabr, AZƏRTAC

Valyuta izləmə saytlarının yazdığına görə, İran rialı bazar günü Birləşmiş Millətlər Təşkilatının sanksiyalarının bərpasından sonra ABŞ dollarına nisbətdə rekord səviyyədə aşağı düşüb.

AZƏRTAC “Əl-Ərəbiyyə” telekanalına istinadla xəbər verir ki, “Bonbast” və “AlanChand” saytlarının verdiyi məlumata görə, qara bazarda İran valyutası dollara nisbətdə təxminən 1,12 milyon rial dəyərində satılır.

Qeyd edilib ki, İran hökuməti bu yaxınlarda rialın denominasiyasını həyata keçirib, amma buna baxmayaraq, yerli valyutanın dəyəri aşağı düşməkdə davam edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
11
azertag.az

10Mənbələr