AZ

Son iyirmi ildə Azərbaycan 344 milyard ABŞ dollarından çox investisiya cəlb edib - Mikayıl Cabbarov

Bakı. TurkicWorld

Son iyirmi ildə Azərbaycan 344 milyard ABŞ dollarından çox investisiya cəlb edib.

TurkicWorld xəbər verir ki,bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "PASHA Holding" tərəfindən Bakıda təşkil olunmuş "INMerge Innovation Summit" zirvə toplantısında deyib.

"Azərbaycanın müasir iqtisadi siyasətinin əsasını şaxələndirmə təşkil edir — neft və qazdan asılılığın azaldılması ilə yanaşı, qeyri-neft sektorunun dinamik və dayanıqlı inkişafının təşviq olunması. Son iki onillikdə bu strategiya 344 milyard ABŞ dollarından çox investisiya cəlb edib ki, bunun da 210 milyardından çoxu qeyri-neft sektoruna yönəldilib",- deyə o bildirib.

Nazirin sözlərinə görə, 2021–2024-cü illər ərzində qeyri-neft sektoru orta hesabla illik 6,7% genişlənərək milli iqtisadiyyatdakı payını artırıb. Təkcə son altı ildə qeyri-neft ixracının az qala iki dəfə artması Azərbaycanın qlobal rəqabət qabiliyyətinin yüksəlməsinin və beynəlxalq dəyər zəncirlərinə inteqrasiyasının sübutudur.

Seçilən
21
3
turkic.world

4Mənbələr