Qəbələ Olimpiya İdman kompleksində III MDB Oyunları çərçivəsində stolüstü tennis yarışları davam edir.
AzPost xəbər verir ki, Azərbaycan idmançısı Onur Quluzadə fərdi yarışda rusiyalı Yevgeni Dosova uduzub (0:3) və gümüş medala sahib çıxıb.
Qeyd edək ki, Azərbaycanın stolüstü tennisçiləri daha əvvəl 6 medal (3 gümüş, 3 bürünc) qazanıblar.