AZ

“Qarabağ”ın rəqibi bu gün paytaxtda olacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda “Qarabağ”la üz-üzə gələcək Danimarkanın “Kopenhagen” klubunun Bakıya səfər planı bəlli olub.

İdman.biz xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.

Bildirilib ki, rəqib komanda bu günün ikinci yarısında paytaxtda olacaq.

“Kopenhagen” matçdan bir gün sonra, səhər saatlarında Danimarkaya qayıdacaq. Qonaqları 120-150 azarkeşin dəstəkləyəcəyi gözlənilir.

Qeyd edək ki, “Qarabağ” - “Kopenhagen” oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də start götürəcək.

İdman.biz

Seçilən
28
1
idman.biz

7Mənbələr