AZ

"Meqa Sığorta" mobil tətbiqi istifadəyə verildi!

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Meqa Sığorta" ASC sığorta xidmətlərinin əlçatanlığını artırmaq və müştərilərinə innovativ rəqəmsal həllər təqdim etmək istiqamətində addımlarını davam etdirir. Bu məqsədlə şirkət müştəri təcrübəsini daha da təkmilləşdirəcək yeni mobil tətbiqini istifadəyə verib.
Yeni mobil tətbiq vasitəsilə istifadəçilər sığorta məhsullarını onlayn əldə edib sığorta haqqını ödəyə, özlərinə məxsus olan sığorta müqavilələri tarixçəsini izləyə və onları idarə edə, sığorta hadisələri üzrə tənzimlənmə statusunu görməklə sənədlərini yükləyə, eləcə də onlayn müştəri dəstəyindən yararlana və yeniliklər barədə bildirişlər ala biləcəklər.
Bundan əlavə, mobil tətbiqdə tibbi sığorta üzrə sığortalanmış müştərilər üçün ayrıca bölmə əlavə edilib. Bu bölmə vasitəsi ilə sığortalanmış şəxslər elektron tibbi sığorta kartını əldə etməklə həkimə onlayn qeydiyyatdan keçə, təcili tibbi yardım çağıra, sığorta təminatını, tibb məntəqələrinin siyahısını və müraciətlərinin tarixçəsini görə biləcəklər.
Elektron xidmətlərə girişdə "myGov ID" ilə təhlükəsiz avtorizasiya imkanı təqdim edən "Meqa Sığorta" mobil tətbiqi müştərilərə sığorta xidmətlərinə daha rahat çıxış, vaxtına qənaət və çevik xidmət təcrübəsi qazandıracaq.
Funksionallığı və müasir dizaynı ilə seçilən "Meqa Sığorta" mobil tətbiqini həm "App Store" (https://cutt.ly/srNGuTFJ), həm də "Google Play" (https://cutt.ly/NrNGu8cC) platformalarından yükləmək mümkündür.
Seçilən
36
oxu.az

1Mənbələr