AZ

DSX dən İranla sərhəddə ƏMƏLİYYAT Saxlanılanlar var FOTO

ain.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İrandan Azərbaycana səkkiz kiloqramdan artıq narkotik vasitə keçirilməsinin qarşısı alınıb.Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

 

Qeyd olunub ki, Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində avtomobillə sərhəd xəttinə doğru hərəkət edən iki naməlum şəxs sərhəd naryadı tərəfindən müşahidə olunub.

Sərhəd zastavası dərhal "Silaha" komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb.Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 90-BJ-616 dövlət qeydiyyat nişanlı avtomobillə həmin istiqamətə hərəkət edən Xaçmaz rayon sakinləri - 1987-ci il təvəllüdlü Elşad Ramin oğlu Mövsümov və 1997-ci il təvəllüdlü Murad Mehman oğlu Rəhimov şübhəli şəxs qismində saxlanılıblar.İlkin dindirmə zamanı saxlanılan şəxslər əraziyə ümumi çəkisi 8 kiloqram 800 qram narkotik vasitəni götürmək məqsədilə gəldiklərini etiraf ediblər.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
16
bizim.media

10Mənbələr