Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Ölkə daxilində hərəkət edən sürət və sərnişin qatarlarının gedişhaqqı tariflərində dəyişiklik edilməyib, artım yoxdur”.Bu barədə Bizim.Media-ya "Azərbaycan Dəmir Yolları" QSC-nin Kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Hacıyev məlumat verib.
MÖVZU İLƏ BAĞLI:SON DƏQİQƏ! Azərbaycanda avtobus və metroda gedişhaqqı ARTDI - RƏSMİ
O, qatarlarda gedişhaqqının artırılmasının nəzərdə tutulmadığnı bildirib.“Qiymətlər əvvəlki qaydadadır”, - deyə qurum rəsmisi qeyd edib.Qeyd edək ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası avtobus marşrutları və metroda sərnişindaşıma üzrə yeni tariflər müəyyən edib. Yeni tariflərə görə, oktyabrın 1-dən metroda və şəhəriçi avtobuslarda gedişhaqqı 60 qəpik olacaq. Həmçinin, şəhərətrafı avtobuslarda da gedişhaqqı 10 qəpik artırılıb.Günay Şahmar, Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.