"İnter" müdafiə xəttini gücləndirmək üçün "Mançester Siti"nin mərkəz müdafiəçisi Manuel Akanjini transfer etməyə çalışır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı isveçrəli futbolçu müəyyən şərtlərlə avtomatik alış bəndi olan icarə əsasında "nerazzurrilərə" keçə bilər.
Lakin, məcburi satınalma şərti aktivləşdirilməsə belə, "İnter" gələn yay Akanji ilə müqavilə imzalamağı planlaşdırır.
Transferin A Seriyası təmsilçisinə 15 milyon avroya başa gələcəyi bildirilir.
Manuel Akanji artıq bu mövsüm Kristian Çivunun rəhbərliyi altında bütün turnirlərdə 4 matçda iştirak edib. O, son üç mövsümü "Mançester Siti"də keçirib.