AZ

Netanyahu Trampın 21 bəndlik təklifini qəbul edəcək?

Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Trampın Qəzzada atəşkəsə nail olmaq üçün 21 bənddən ibarət planı Təl-Əvivə təqdim edilib. İsrailin baş naziri Benyamin Netanyahu təklif üzərində işlədiklərini bildirib. Tramp bununla belə, danışıqların “son mərhələdə” olduğunu bəyan edib.

Hafta.az-ın yazdığına görə, Benyamin Netanyahu “Fox News”a verdiyi açıqlamada Trampın təklifi ilə bağlı deyib: “Biz bunun üzərində işləyirik. Hələ ki, yekunlaşdırılmayıb, lakin biz hazırda prezident Trampın komandası ilə işləyirik və ümid edirəm ki, bunu edə bilərik”.

Netanyahu bildirib ki, onun prioritetləri girovların azad edilməsi, Həmas-ın tərksilah olunması və Qəzzanın silahsızlaşdırılmasıdır. O vurğulayıb ki, Həmas liderləri qovulsa və bütün girovlar azad edilərsə, onlar müharibəni bitirə bilərlər. Netanyahu prezident Trampa da münasibət bildirib: “Mən Tramp üçün heç bir qərar vermirəm. O, həyatımda gördüyüm ən müstəqil və qeyri-adi liderdir”.

Prezident Donald Tramp “Axios”a müsahibəsində “Qəzzada müharibəyə son qoymaq planımızla bağlı danışıqlar son mərhələdədir” deyib. Hələ yekun razılığın əldə olunmadığını qeyd edən Tramp, planın təkcə Qəzzada atəşkəs yaratmaq deyil, həm də Yaxın Şərqdə daha geniş sülh prosesini başlatmaq məqsədi daşıdığını bildirib.

Tramp, “Əgər buna nail olsaq, İsrail və Yaxın Şərq üçün əla bir gün olacaq. Bu, regionda həqiqi sülh üçün ilk şans olacaq. Ancaq əvvəlcə razılaşmanı yekunlaşdırmalıyıq” deyib.

Mətbuata sızan məlumata görə, 21 bəndlik plana aşağıdakı elementlər daxildir:

- Həmas və İsrail razılaşmanı qəbul etdikdən sonra hücumlar dayandırılacaq və bütün israilli məhbuslar 48 saat ərzində təhvil veriləcək.

- Qəzza texnokratlardan ibarət müvəqqəti administrasiya tərəfindən idarə olunacaq.

- Təhlükəsizliyi beynəlxalq sülhməramlı qüvvələr təmin edəcək və İsrail ordusu tədricən bölgədən çəkiləcək. Lazımi islahatlardan sonra müvəqqəti administrasiya Qəzzanı Ramallah administrasiyasına təhvil verəcək.

- Həmas silahı yerə qoyacaq, bölgədə qalmaq istəyən idarəçilərə aman veriləcək, getmək istəyənlərə isə ölkəni tərk etmək hüququ tanınacaq.

- Fələstinlilər vətənlərini tərk etməyə məcbur edilməyəcək; istəyənlər qalacaq, hətta gedənlər isə qayıda biləcəklər.

Seçilən
38
36
hafta.az

10Mənbələr