Cari ilin ilk 8 ayını “AzSığorta” ASC zərərliliklə başa vurub.Valyuta.az xəbər verir ki, bu dövrdə sığorta şirkətinin sığorta haqqında 626 min manat və ya 9,84% azalma müşahidə olunub.Belə ki, cari ilin ilk 8 ayında sözügedən sığorta şirkətinin topladığı sığorta haqqı 5 milyon 732 min manat təşkil edib.Ötən ilin eyni dövründə isə bu göstərici 6 milyon 358 min manat olub.“AzSığorta” ASC-nin sığorta ödənişlərinə gəldikdə isə şirkətin bu ilin ilk 8 ayında sığorta ödənişləri 1 milyon 200 min manat təşkil edib.Ötən ilin eyni dövründə isə şirkətin sığorta ödənişləri 1 milyon 83 min manat olub.Nəticə olaraq, sözügedən sığorta şirkətinin ödənişlərində illik müqayisədə 117 min manat və ya 10,80% artım olub.Yığımlardakı azalma ilə müqayisədə ödənişlərin artması sığorta şirkətinin zərərliliyini yüksəldərək ödəniş-yığım nisbətinə mənfi təsir göstərib.Eyni zamanda ötən ilin eyni dövründə “AzSığorta” ASC hər 100 manatdan 17,03 manatı ödəniş üçün ayırırdısa, bu ilin eyni dövründə bu rəqəm artaraq, 20,93 manat təşkil edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta