AZ

İqtisadiyyat Nazirliyinin yeni superkompüteri innovasiya ekosisteminin təməl daşı olacaq

Azərbaycan İqtisadiyyat Nazirliyinin 1,2 petaflops gücünə malik yeni superkompüteri ölkənin innovasiya ekosisteminin təməl daşı olacaq.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “InMerge Innovation Summit 2025”də çıxış edərkən deyib.

Nazirin sözlərinə görə, nəhəng hesablama gücünə malik superkompüter böyük məlumatların və kompleks təhlillərin sürətli işlənməsinə imkan verəcək, iqtisadiyyatın rəqəmsallaşdırılmasında, avtomatlaşdırma və intellektual istehsal sistemlərində yeni üfüqlər açacaq.

Nazir vurğulayıb ki, bu infrastruktur təkcə dövlət qurumları üçün deyil, həm də özəl sektor, elmi dairələr və vətəndaş cəmiyyəti üçün əlçatan olacaq. “Yüksək performanslı hesablamalara çıxışı demokratikləşdirməklə biz bilik mübadiləsini genişləndirəcək, proqnozlaşdırmanı təkmilləşdirəcək və sübuta əsaslanan qərarların qəbulunu gücləndirəcəyik. Bu, innovativ inkişaf strategiyamızın həyata keçirilməsini əhəmiyyətli dərəcədə sürətləndirəcək və Azərbaycanın qlobal rəqabət qabiliyyətini yeni səviyyəyə qaldıracaq”, - nazir Mikayıl Cabbarov əlavə edib.

Seçilən
53
vergiler.az

1Mənbələr