AZ

Son iyirmi ildə Azərbaycan 344 milyard ABŞ dollarından çox investisiya cəlb edib - Mikayıl Cabbarov

Bakı. Trend:

Son iyirmi ildə Azərbaycan 344 milyard ABŞ dollarından çoxinvestisiya cəlb edib.

Trend xəbər verirki, bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov “PASHAHolding” tərəfindən Bakıda təşkil olunmuş “INMerge InnovationSummit” zirvə toplantısında deyib.

“Azərbaycanın müasir iqtisadi siyasətinin əsasını şaxələndirmətəşkil edir — neft və qazdan asılılığın azaldılması ilə yanaşı,qeyri-neft sektorunun dinamik və dayanıqlı inkişafının təşviqolunması. Son iki onillikdə bu strategiya 344 milyard ABŞdollarından çox investisiya cəlb edib ki, bunun da 210 milyardındançoxu qeyri-neft sektoruna yönəldilib”,- deyə o bildirib.

Nazirin sözlərinə görə, 2021–2024-cü illər ərzində qeyri-neftsektoru orta hesabla illik 6,7% genişlənərək milli iqtisadiyyatdakıpayını artırıb. Təkcə son altı ildə qeyri-neft ixracının az qalaiki dəfə artması Azərbaycanın qlobal rəqabət qabiliyyətininyüksəlməsinin və beynəlxalq dəyər zəncirlərinə inteqrasiyasınınsübutudur.

Məqalədə:
Seçilən
27
3
az.trend.az

4Mənbələr